5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Neçayev: “Azərbaycan millisini yaxşı öyrənmişdik və belə oyuna hazır idik”

Belarus millisinin müdafiəçisi Danila Neçayev Azərbaycan komandasına qarşı dünən keçirilən Millətlər Liqasının oyunu ilə bağlı fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, BATE-nin 22 yaşlı yarımmüdafiəçisi qolsuz bərabərliyi belə şərh edib:

-  Oyunla bağlı fərqli fikirlərim var. Matç istəyimiz kimi alınmadı. Baxmayaraq ki, bizdən tələb olunanı gerçəkləşdirməyə çalışdıq. Müsbət məqam odur ki, qapımızı toxunulmaz saxlaya bildik. Mənfi tərəf isə qol vurub qələbə qazana bilməməyimiz oldu. 

-  Rəqib siz nə iləsə təəccübləndirə bildi?

- Xeyr, təəccübləndirmədi. Biz onları yaxşı öyrənmişdik və belə oyuna hazır idik. Xüsusi heç nə görmədik. Amma rəqib yaxşı komandadır, heyətində texnikalı oyunçular var.

-  Azərbaycanla oyunda kobudluq da oldu.

-  Əgər qələbə qazanmaq istəyirsənsə, o zaman qorxmamalı və mübarizəyə girməkdən çəkinməməlisən. Bu, təəccüblü deyil. 

-  Öz oyunundan razı qaldın?

- Qalib gəlsəydik, razı qalardım. Amma heç-heçə qanəedicidir. 

- Qazaxıstanın səfərdə Slovakiyanı məğlub etməsi sizi təəccübləndirmədi ki?

- Təəccübləndirmədi. Biz də Slovakiyaya qarşı pis oynamadıq. Qalib gələ bilərdik. 

- İki oyuna bir xal toplamaq sizi məyus edir?

- Hə. Biz çalışırıq. Biz insanıq, robot deyilik. Qol imkanlarımız çox olmur. Amma gerçəkləşdirə bilmirik. Gərək özümüzü toparlayıb aqressiv olaq. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31