5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

AFFA-da Liqaların qaliblərinə mükafatlar təqdim olunub

AFFA-nın təşkil etdiyi U-15 və U-16 Liqalarının qalibləri mükafatlandırılıb.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, mükafatları Məşqçilər Komitəsinin üzvlər Ağasəlim Mircavadov, Şakir Qəribov  və ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov təqdim ediblər.

AFFA-nın inzibati binasında təşkil edilən mükafatlandırma mərasiminda əvvəlcə U-15 Liqasının qalibi “Sabah” komandasına kubok, medallar və diplomlar təqdim edilib. Mövsümü ikinci pillədə başa vuran “Sumqayıt” komandasının üzvlərinə diplom və medallar verilib. U-15 Liqasının bürünc mükafatçısı “Qəbələ” komandasına isə mükafatlar bu gün Qəbələ şəhər stadionunda təqdim ediləcək.

Qeyd edək ki, AFFA U-15 Liqasının 2021/2022-cü illər mövsümünün ən məhsuldar oyunçusu 24 qolla “Qəbələ” komandasının üzvü Ömər Kərimov, ən yaxşı oyunçusu isə “Sabah” komandasının futbolçusu Babamirzə Mehdiyev olub.

Daha sonra AFFA U-16 Liqasını ilk üç pillədə başa vuran komandalara mükafatlar təqdim edilib. “Qarabağ” 3-cü, “Neftçi” 2-ci, U-16 Liqasının qalibi “Sabah” komandası çempion komanda kimi diplom və medallarala qalib komanda isə kubokla mükafatlandırılıb. Həmçinin 40 qolla “Neftçi” İK İB komandasının üzvü Fərid Şahhüseynli ən məhsuldar oyunçu, ROFM-in üzvü Əşrəf Ələkbərli AFFA U-16 Liqasının ən yaxşı oyunçusu adına layiq görülüb və xüsusi mükafatlar verilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31