5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Mənə Kiyevdə min, Bakıda isə 23 min dollar maaş verirdilər”

Bir vaxtlar “İnter”də (hazırda “Şamaxı”) çıxış etmiş Mixail Makovski Azərbaycandakı qazancı barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, Belarus millisinin sabiq üzvü football.by-a müsahibəsində Bakı və Kiyevdəki həyatı barədə müqayisə apararkən deyib:

“Mənə “Dinamo”da min dollar verirdilər. Bakıda, “İnter”də isə maaşım yüksək idi: 23 min dollar. Mükafata gəlincə, “İnter”də dörd günlük istirahət verəndə Kiyevə ailəmin yanına gedirdim. Klub bizim üçün 8 pulsuz uçuş təşkil edirdi. Qələbə oyunundan sonra Ukraynadan Bakıya qayıdanda bazadakı yatağımın üstünə konvert qoyulurdu. İçində də 500 dollar. Ən maraqlısı isə bu idi ki, orada içmirdik. Bakıda hava o qədər isti idi ki, içsən, “uça” bilərdin. +50 dərəcə. Otaqda kondisionerin olmasa, əziyyət çəkirdin. Bizim birinci məşqimiz səhər saat 6-da, ikinci isə axşam 9-dan sonra olurdu”.

45 yaşlı veteran futbolçu "İnter"dəki maaşının cəmi min dollarını xırda xərcləri üçün özünə saxladığını, qalan 22 min dollarını isə Ukraynadakı həyat yoldaşına göndərdiyini diqqətə çatdırıb. O, ümumilikdə 2 il ərzində yarım milyon dollar qazandığını dilə gətirib. M.Makovski qazancının sonrakı aqibətindən də danışıb: "Həyat yoldaşım biznesə girdi və "yandırdı". İcarəyə vermək üçün iki ekskavator aldı. Amma xeyri olmadı və onlar Ujqorodda qaldı. Bəlkə elə indi də oradadırlar. Üstəlik, xanımımla birlikdə 350 min dollara Kiyevdə hələ tikilməyən mənzil aldıq. Sonradan 450 min dollara satmaq imkanımız var idi. Amma həyat yoldaşım gözləməyimizi istədi. Bu vaxt dolların kursu kəskin dəyişdi, 4 dəfə artdı. Nəticədə evi cəmi 80 min dollara satdıq. Nə qədər itirdiyimizi özünüz hesablayın".

O həmçinin deyib ki, müqaviləmi vaxtından əvvəl pozduğu üçün "İnter"in ona bir milyon dollar borcu olub. O, borcun yalnız 50 minini məhkəmə yolu ilə geri ala bildiyini söyləyib.

Qeyd edək ki, M.Makovski 2004-06-cı illərdə “İnter”də çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31