5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

"...Qazaxıstan Azərbaycana qarşı yaxşı oyun göstərəcək"

“Futbolçular uzun müddətdir ki, istirahət edirlər. Qazaxıstan çempionatında fasilə nə vaxt başlayıb? Mayın 23-də? Burada qrafik Dünya Kubokunun final mərhələlərində kimi olacaq, oyunlar arasında təxminən eyni fasilələr var. Hər şey qaydasındadır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri qazaxıstanlı futbol veteranı Yusup Şadiyev ölkəsinin milli komandasının Millətlər Liqasında Azərbaycana qarşı keçirəcəyi oyun haqda danışarkən deyib.

O bildirib: "Qrupumuzdakı komandalar - Qazaxıstan, Azərbaycan, Belarus təxminən eyni səviyyədədir... Slovakiya isə onlardan bir az fərqlənir, Almaniya futbolu ilə bağlı olan Çexoslovakiya futbolunu xatırladır. Qalanları isə sovet dövründə olduğu kimi "Kayrat", "Dinamo" (Minsk), Bakı... Oyun cədvəlində heç bir problem görmürəm. Burada uçuşlar bir az çətinlik törədə bilər, amma ümid edirəm ki, bunun öhdəsindən gələcəklər. Azərbaycanla oyundan gözləntilərim? Fikrimcə, millimizin futbolçuları futbol üçün darıxıb. Çoxdandır ki, oynamırlar. İnanıram ki, yaxşı oyun göstərəcəklər".

Qeyd edək ki, Qazaxıstan -Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31