5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Adiyev: “Azərbaycan yığması kifayət qədər layiqli rəqibdir”

Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev Millətlər Liqasının 1-ci turunda sabah Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis görüşdə yaxşı çıxış edəcəklərinə inandığını deyib:

"Azərbaycan yığması kifayət qədər layiqli rəqibdir. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik. Rəqibin necə oyun göstərəcəyi də çox önəmlidir. Ard-arda 4 matç keçirəcəyik. Bu səbəbdən, gücümüzü bölməyə çalışacağıq. İlk görüşümüz Azərbaycan seçməsinə qarşı olacaq. Əlimizdə olan futbolçularla kifayətlənəcəyik. Artıq heyətə başqa kimlərisə dəvət etməyəcəm. Bu oyunçularla qarşıdakı 4 matçda mübarizə aparacağıq".

Qeyd edək ki, sabah  "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31