5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Qəbələ”: 28 oyun, 21 futbolçu

Azərbaycan Premyer Liqasının 2021/22 mövsümündə “Qəbələ”nin heyətində 21 futbolçu meydana çıxıb. 

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, keçirilən 28 turda yalnız Ülvi İsgəndərov bütün matçlarda iştirak edib. O, çempionatın bütün iştirakçıları arasında 28 oyun keçirən üç futbolçudan biridir.

Üç oyunçu - İsnik Alimi, Məqsəd İsayev və Rövlan Muradov yalnız bir oyunu buraxıb. 27 görüşə çıxan üç futbolçudan ikisi bu qarşılaşmaları əvəzolunmadan keçirib. Çempionat ərzində hamıdan çox - 2430 dəqiqə meydanda olan üç futbolçudan ikisi “Qəbələ”nin üzvləridir. Bunlar İsniklə Məqsəddir.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin güvəndiyi 21 futbolçudan 14-ü matçların yarısından çoxunda şans qazanıb. “Qırmızı-qaralar” mövsüm ərzində iki qapıçıya güvənib.

“Qəbələ”nin vurduğu 38 qola 14 oyunçu imza atıb. İsnik Alimi hamıdan çox - 8 dəfə fərqlənib. Ülvi İsgəndərovla Rafael Utziqin hərəsinin aktivində 6 top var. Rövlan Muradov isə üç qola sevinib. 5 futbolçu hərəyə iki, 5 oyunçu isə bir dəfə rəqib qapısına yol tapıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31