5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Qurban Qurbanov: "Hamı şikayət edir ki, azərbaycanlı futbolçu yoxdur"

"Bugünkü reallıqda Azərbaycan futbolunu, futbolçularını yaxşı heç nə gözləmir".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

50 yaşlı mütəxəssis çatışmazlıqların və problemlərin çox olduğunu söyləyib: "Komanda olaraq "Qarabağ" hansısa uğura imza atıb. Amma hamı şikayət edir ki, azərbaycanlı futbolçu yoxdur. İldən-ilə geriyə gedirik. Mən bunu hiss edirəm. Hamımız akademiyaların və aşağı yaş qruplarının düzgün idarə olunmadığını dildə deyirik. Elə "Qarabağ" klubunda da aşağı yaş qrupları süni ot örtüyündə məşq edirlər. Bunları düzəltməsək, bizi heç də yaxşı şeylər gözləmir. Bəzi məsələləri qaydasına salmalıyıq. Çox geridə qalmışıq. Avropa beş addım irəliləyirsə, biz bir addım geri düşürük. Futbolumuzun inkişafı üçün böyük addımlar atmalıyıq və iş prinspini dəyişməliyik. Bu, bütün klublara və milli assosiasiyaya aiddir" ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31