5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Nazir: "Ümid edirəm ki, Qarabağda, işğaldan azad olunmuş torpaqlarımızda stadionlar tikiləcək"

"Təşkilatçılara belə yarış keçirdikləri üçün minnətdarlığımı bildirirəm. Artıq ikinci ildir ki, bu turnir təşkil olunur".

Futbolxeber.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən mini-futbol üzrə Zəfər Kuboku barədə danışarkən deyib.

B qrupunda "Suqovuşan" və "Xocalı" komandaları arasındakı matçı izləyən nazir turnirin futbolun təbliğatı baxımından önəmli olduğunu bildirib: "Çünki burada idman jurnalistlərimiz oynayırlar və digər təşkilatlara yaxşı nümunə olurlar. Sizə həmişə idmanda olmağınızı arzu edirəm".

F.Qayıbov "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının qalibi olması münasibəti ilə də təbrik edib: "Çempionatın digər medalçılarını və avrokuboklara vəsiqə qazananlar komandaları da təbrik edirəm. Premyer Liqadakı komandaların sayı da artıb. Ümid edirəm ki, Qarabağda, işğaldan azad olunmuş torpaqlarımızda stadionlar tikiləcək və orada da azarkeşlər olacaq. Bunun bütün Azərbaycanda olmasını istərdim. Stadionlarımız yalnız final matçlarında deyil, bütün qarşılaşmalarda dolsun. Bunun üçün hamımız bərabər çalışmalıyıq. Nazir kimi azarkeşlik etdiyim komandanın adını deyə bilmərəm. Bütün komandalara azarkeşlik edirəm. Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların hamısına uğurlar arzulayıram".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31