5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Kadi Borqes: "Bu cür mükafatlara layiq görülməyim xoş hisslər yaradır"

İdman Araşdırmalar Mərkəzi sorğusuna əsasən 2021/2022 mövsümünün ən yaxşı futbolçusu seçilmiş "Qarabağ"ın futbolçusu Kadi Borqes müfakatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Mövsümün ən yaxşı oyunçusu seçildiniz. Bununla bağlı təəssüratlarınız necədir?

- Son aylar möhtəşəm hisslər yaşayıram. Həm çempionluğun qeyd olunması, həm də bu cür mükafatlara layiq görülməyim xoş hisslər yaradır. Möhtəşəm bir komandanı təmsil etdiyim üçün xoşbəxtəm. Mükafatı onlara həsr edirəm. Bu uğura bütün komanda yoldaşlarım layiqdir. Onların dəstəyi olmadan bunu əldə edə bilməzdim. Bu, həm də “Qarabağ” ailəsinin uğurudur.

- 12 qolla Premyer Liqanın bombardiri oldunuz. Halbuki buna qədər ən məhsuldar oyunçu daha çox qol vururdu. Az qolla bombardir olmağınız rəqabətdən qaynaqlanırdı?

- Sadəcə öz komandamla bağlı danışa bilərəm. Fikir verdinizsə, həm Abdullah Zubir, həm İbrahima Vadji geridən gəlirdi. Bu, əsl kollektiv göstəricisi idi. Komanda sırf bir nəfər üçün çalışmırdı. Ümumi komandanın uğuru olduğu üçün hamı bir amala xidmət edirdi. Konkret bir futbolçunun bombardir olması məqsədi yox idi. Hər şey komandanın uğuruna yönəlmişdi.

- Azərbaycan Kubokunun finalında "Zirə" ilə üz-üzə gələcəksiniz. Mövsümü “Qızıl dubl”la başa vura biləcəksiniz?

- Buna inanıram. Çünki bizim əsas məqsədimiz budur.

- Avrokuboklarda “Qarabağ”dan nə gözləyək?

- Təbii ki, “Qarabağ” olaraq ən böyük məqsədlərdən yayına bilmərik. Əsas hədəfimiz Çempionlar Liqasının qrup mərhələsidir. Bu məqsəd uğrunda da mübarizə aparacağıq (report.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31