5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

"Bahar turniri" keçiriləcək

AFFA-nın təşkilatçılığı ilə mayın 21-də Zaqatalada, mayın 22-də isə Mingəçevirdə 12 yaşlı qızlar arasında "Bahar turniri" keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, Zaqatala Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə Şimal-Qərb regionu üzrə 5 komanda, Mingəçevir şəhər stadionunda təşkil olunacaq yarışda isə Qərb regionu üzrə 9 komanda mübarizə aparacaq.

Hər komandada 3 nəfər 2010-cu il olmaqla 2011 və 2012-ci il təvəllüdlü 7 qız futbolçunun iştirakına icazə verilir. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi ilə təmin olunacaq. İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılacaq.

Qeyd edək ki, ilk olaraq Bakı şəhərində təşkil olunan turnirin əsas məqsədi növbəti mövsüm

U-12 Qızlar Liqasının yaradılması və qadın futbolçulardan ibarət milli komandalara futbolçuların hazırlanmasıdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31