5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Cavid Hüseynov: "Bu gün uğur bizim tərəfimizdə idi"

"Son dəqiqələrdə qapımıza penalti təyin olundu. Düşünürəm ki, bu gün uğur bizim tərəfimizdə idi. Rəqibimiz güclü idi. Xüsusilə hücum xəttində sürətli və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Əsas tapşırıq oyun nizam-intizamını qorumaq idi. Çünki matçın 90 və ya 120 dəqiqə davam edəcəyini bilmirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Cəbrayıl"ın prezidenti və baş məşqçisi Cavid Hüseynov Region Liqasının finalında "Xan-Lənkəran"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "CBC Sport"a açıqlamasında deyib.

O, hələlik UEFA Region Kuboku barədə düşünmədiklərini bildirib: "İndi nəsə danışmaq çox tezdir. Çünki planlar bəlli deyil. Bilirik ki, rəqibimiz Belarus komandası olacaq. Oyunların nə zaman keçiriləcəyi və ölkəmizdə olacağını bilirik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31