5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Region Liqasının qalibi müəyyənləşdi

Azərbaycan Region Liqasında 2021/22 mövsümünün final oyunu keçirilib. 

Futbolxeber.az saytının məlumatına görə, Şamaxa Şəhər Stadionunda baş tutan həlledici qarşılaşmada "Xan Lənkəran" "Cəbrayıl"la üz-üzə gəlib. 

Görüş "Cəbrayıl"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu qaşırlaşmanın 79-cu dəqiqəsində Tapdıq Əhmədov vurub. 

"Xan Lənkəran"ın matçın sonlarında hesabı bərabərləşdirməyə yaxın olsa da, Aqşin Paşayev penaltini dəqiq yerinə yetirə bilməyib.

Beləliklə, "Cəbrayıl" Region Liqasının qalibi olub. Komanda iyunun 17-23-də Azərbaycanda keçiriləcək UEFA Region kubokunda mübarizə aparacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31