5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

"Araz Naxçıvan"a texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "Araz Naxçıvan"ı cəzalandırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə komitənin bu gün keçirilən iclasında qərar verilib. 

15.05.2022-ci il tarixində Region Liqasının yarımfinalında “Xan Lənkəran”la oyundan sonra aparılmış araşdırmalar zamanı “Araz-Naxçıvan”ın heyətində çıxış edən futbolçulardan Orxan Əliyev və Elməddin Məmmədovun 2021/22 mövsümü ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib. “Araz-Naxçıvan” komandasının heyətində bu mövsüm ərzində peşəkar müqaviləsi olan futbolçular iştirak etdiyi üçün 1/2 final mərhələsinin müvafiq oyununda “Araz-Naxçıvan” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

"Araz Naxçıvan" yarımfinalda "Xan Lənkaran"a 2:1 hesabı ilə qalib gəlmişdi. Lakin klub texniki məğlubiyyət aldığı üçün finalda "Xan Lənkəran" "Cəbrayıl"la üz-üzə gələcək. 

Qeyd edək ki, mayın 20-də Şamaxıda keçiriləcək final matçı saat 16:00-da başlayacaq. Turnirin qalibi isə iyunun 17-23-də Azərbaycanda keçiriləcək UEFA Region kubokunda mübarizə aparacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31