5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Bursaspor” Namik Ələskərovla müqaviləni ləğv edir

Türkiyənin “Bursaspor” klubu millimizin üzvü Namik Ələskərovla müqaviləyə xitam verəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Bursa təmsilçisinin prezidenti Ömər Furkan Banaz mətbuat konfransında açıqlama verib.

O, komandanın 1-ci liqanı tərk etməsinə görə əcnəbi futbolçularının hamısı ilə yollarını ayıracaqlarını bildirib: “Müqaviləsi davam edən 7 əcnəbimiz var. İki gün ərzində bu məsələni müzakirə edəcəyik. “Bursaspor”un mənafeyinə uyğun ən yaxşı şəkildə onlarla müqavilələri ləğv edəcəyik”.

Mövsümün sona bir tur qalmış “Bursaspor”un aşağı liqaya düşməsi rəsmiləşib. Reqlamentə görə, 2-ci liqada əcnəbi futbolçu oynaya bilməz. Buna görə də Namikin "Bursaspor"dan ayrılacağı dəqiq idi.

Qeyd edək ki, ötən ildən "Bursaspor"da çıxış edən Namik 1-ci liqada 32 oyuna 6 qol, 6 qol ötürməsi ilə yadda qalıb. Onun Bursa təmsilçisi ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31