5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Qarabağ” Azərbaycanda XXI əsrin rekorduna imza atdı

“Qarabağ” 2021/22 mövsümündə ümumilikdə 100-cü qolunu vurub. Yubiley topuna Musa Qurbanlı imza atıb. O, Premyer Liqanın XXVII turunun “Səbail”lə səfər qarşılaşmasında (3:0) komandasının ikinci qolunun müəllifi olub.

Futbolxeber.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının hesablamarına əsasən, Qurban Qurbanovun komandası 100-cü qolunu 45-ci matçda vurub. Qol sayını 101-ə çatdıran Ağdam klubu Premyer Liqada 68, ölkə kubokunda 15, Konfrans Liqasında 18 dəfə fərqlənib.

“Qarabağ” həm də çempionatda bir mövsüm ərzində vurulan qol sayında XXI əsrin rekorduna imza atıb. Bunadək “Xəzər Lənkəran” 2004/05, “Qarabağ” 2013/14 və 2015/16 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31