2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Azərbaycanda inkişaf edən, ən müasir strukturlara malik futbol gördüm”

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin hazırda işsizdir.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycandan ayrıldıqdan sonra Moldovaya gedən və bu ölkənin milli komandasını çalışdıran italiyalı mütəxəssis 2021-ci ilin noyabrın sonundan vəzifəsindən ayrılıb. 

57 yaşlı məşqçi guerinsportivo.it saytından dərc olunan açıqlamasında deyib ki, Moldova və Azərbaycan kimi ölkələrdə çalışmağı bir az təsadüf nəticəsində olub.

“On il köməkçi işlədikdən sonra bir anda özümü işsiz gördüm. Daha çox dostum olduğunu düşünürdüm, lakin D seriyasında “Triestina” ilə təcrübəmi borclu olduğum Şon Solyano istisna olmaqla, zəngimə belə cavab vermədilər. Azərbaycanda və Moldovada isə inkişaf edən, ən müasir strukturlara malik futbol gördüm” - deyə o bildirib.

Xatırladaq ki, Bordin 2018-ci ilin iyunundan 2020-ci il yanvarın ortalarına kimi “Neftçi”nin baş məşqçisi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31