2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Bəhanə kişilikdən olmaz"

"Rəqib layiqli qələbə qazandı. Oyundan zövq aldılar. Mən də futbolçularımdan bunu tələb edirəm. Kifayət qədər səhvlərimiz oldu. Xüsusilə, hücumda qeyri-dəqiq olduq. Rəqibin hücum keyfiyyəti yüksək idi". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 21-ci turunda evdə "Sabah"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Fiziki yorğunluqdan, nədənsə şikayət etməyə haqqımız yoxdur. Premyer Liqada iştirak edən oyunçularımız cəmi 20-21 oyun keçirir. Amma Avropada futbolçular mövsümə 70 oyuna çıxır. Nəyisə bəhanə etmək kişilikdən olmaz. 3 yaxşı qol buraxdıq. Belə bir deyim bar, bu qolları heç traktorla da çıxarmaq olmazdı. Biz bəhanə gətirə bilmərik. Üzərində işləməli olduğumuz çox şey var" - deyə o bildirib.

A.Baqa yanlış vaxtda yanlış komandaya gəldiyini düşünmədiyini söylyib: "Hara gəldiyimi yaxşı bilirəm. Belə düşünmək lazım deyil. Bizim işimiz belədir. Bura yanvarda gəlmişəm və peşmanlığım yoxdur. Çətin vəziyyətdəyik. Bu, mənim üçün yeni təcrübədir. Desəm ki, düzgün vaxtda düzgün yerə gəlməmişəm, doğru olmaz. Bu, futbolçular və mənim üçün yaxşı olmazdı".

O, yeni transferləri Popoviçin artıq 3 həftədir komanda ilə məşq etdiyini vurğulayıb: "Onu bu müddətdə sınadıq və müqavilə imzaladıq. Şans vermək qərarına gəldik. Hazırlığı haqda çox danışa bilmərəm. Ukraynadan gəlib və ailəsi ordadır. Bu gün onun oyununa baxsaq, uğurlu və uğursuz epizodlarının olduğunu görərik. Bütün faktorları götürsək, onun tam hazır olduğunu deyə bilmərik". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31