2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Mamadu Kane “Neftçi”yə qayıdır?

KLUBDAN AÇIQLAMA

“Olimpiakos”un futbolçusu Mamadu Kane yayda Azərbaycana qayıda bilər.

Apasport.az-ın məlumatına görə, “Neftçi” 25 yaşlı dayaq yarımmüdafiəçisini yenidən heyətinə cəlb etməkdə maraqlıdır.

İddia olunur ki, ötən ilin yayında Yunanıstan klubuna transfer edilən və cari mövsümün ilk yarısını icarə əsasında “Neftçi”də keçirən Kane “Olimpiakos”da çox qalmayacaq. Pirey təmsilçisində özünü doğrulda bilməyən Qvineya millisinin üzvü baş məşqçi Pedro Martinsin gələcək planlarına daxil deyil. Bu üzdən “Olimpiakos” yayda onunla yollarını ayırmağı planlaşdırır.

Kanenin gedişinə könülsüz olsa da, transferindən qazanc əldə edən “Neftçi” isə onun hazırkı klubundakı durumunu diqqətlə izləyir. Azərbaycan çempionu Mamadunu Bakıya qaytarmağın yollarını axtarır.

Lakin klubdan Futbolxeber.az saytına verilən açıqlamada bildirilib ki, yayılan xəbər həqiqəti əks etdirmir. “Neftçi” dayaq yarımmüdafiəçisini yenidən heyətinə qatmağı düşünmür.  

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31