4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Bakının mərkəzindəki stadion yeni kluba verilir

"Sabah" klubu növbəti mövsümdən ev oyunlarını "ASK Arena"da keçirəcək.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi "Bank Respublika Arena"nı tərk edərək, yeni məkana üz tutacaq. Onlar Bakının mərkəzindəki stadionda "Keşlə"ni əvəzləyəcək. "Keşlə" isə tezliklə ev oyunlarını Şamaxıda yeni adla keçirəcək.

Klubun Müşahidə Şurasının üzvü İqor Ponomaryov "Report"a açıqlamasında məsələdən xəbərsiz olduğunu söyləsə də, "ASK Arena"ya köçməyə müsbət yanaşdığını bildirib: "Düzü, bunu bilmirdim. "ASK Arena"nı götürmək imkanımız olsaydı, bu, əlbəttə, super olardı. Niyə də yox?!"

Veteran futbolçunun sözlərinə görə, "ASK Arena"nın süni örtüklü olmasında problem yoxdur: "Kobud desək, onu ot örtüyü ilə dəyişmək olar (gülür). Əsas məsələ odur ki, orada infrastruktur, mehmanxana, mətbəx, əsas və uşaq komandalarının məşq meydançaları var. Bunlar akademiyası olan klub üçün böyük əhəmiyyət kəsb edir. Amma biz gah öz meydanımızda, gah "Neftçi"nin bazasında, gah da digər məkanlarda məşq edirik. Buna görə də "ASK Arena"ya köçməyimiz əla olardı. Lakin hələlik bu, yoxdur".

Ponomaryov "ASK Arena" ilə müqayisədə, hazırda məskunlaşdıqları "Bank Respublika Arena"nın yüksək imkanlarının olmadığını vurğulayıb: "Stadionumuzun iki normal meydançası var, üçüncüsü isə pis vəziyyətdədir. Orada "Sabah-2", ikinci meydançamızda əsas komandamız məşq edir. Əsas meydançamız isə yalnız oyunlar üçündür. Yəni bu gün elə də böyük imkanlarımız yoxdur. Lakin olanımız da yaxşıdır. Məsələn, mən razıyam. Əsas və ehtiyat meydanımız var, bu meydanlarda əsas, ikinci və yeniyetmələrdən ibarət komandalarımız məşq edə bilər ki, bunlar da çox yaxşı haldır".

"Sabah" rəsmisi hər hansı bölgəni təmsil etməyin planlarında olmadığını da diqqətə çatdırıb: "Harasa getmək üçün ya orada infrastruktur olmalı, ya nə isə etmək lazımdır. Biz hazırda Masazırdayıq, "Bank Respublika Arena" bizim stadionumuzdur. Hələlik bu barədə heç nə deyə bilmərik. Təbii ki, kimsə nə isə danışır, nə isə axtarır, nəyisə məsləhət görür. Bunların hamısı mümkündür. Lakin bu gün Masazırda "Bank Respublika Arena"dayıq".

Qeyd edək ki, Heydər Əliyev prospektində yerləşən və hazırda "ASK Arena" adlanan stadionu AFFA "Termist" adlı idman qurğusunun əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə əsaslı yenidən qurub və yenidənqurma işləri 4,5 milyon ABŞ dollarına başa gəlib.

2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulub. Əsas meydançada milli çempionatın ilk dövrəsində "Olimpik" klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna (hazırkı "Keşlə) 4,25 milyon manata satılıb. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. Stadionun adı dəyişdirilərək "İnter" klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib. 2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib və burada "Keşlə" komandası ev oyunlarını keçirib. Ötən il isə stadionun idarə edilməsi səlahiyyəti “ASK İdman Kompleksi” MMC-dən alınaraq “ASK Əmlak” MMC-yə verilib.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31