4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

"Qarabağ"da ikitərəfli oyun

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Qarabağ” 2 gündür hazırlığını bərpa edib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi hazırlığını milli komandalara getməyən 7 futbolçu - Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Kevin Medina, Abdullah Zubir, Kadi Borges, İsmayıl İbrahimli, İbrahima Vadji və "Qarabağ-2"dən heyətə cəlb edilən futbolçularla davam etdirir.

Dünən  hazırlıq çərçivəsində "Azersun Arena"da ikitərəfli oyun baş keçirilib. Əsas komanda əvəzedici heyətdən dəvət olunmuş futbolçulardan ibarət qarışıq heyətlə "Qarabağ-2"yə qarşı oynayıb və 7:1 hesabı ilə qalib gəlib. Qolları Kadi Borges (2), İbrahima Vadji, Abdullah Zubir (2), Seyxan Fərəcov və Mehdi Tahirov vurublar. Əvəzedici heyətin qolunun müəllifi isə U-19 komandasından dəvət edilmiş Bəhram Köçərli olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31