4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Mahir zədələndiyini baş məşqçidən gizlədib

Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç komandanın futbolçusu Mahir Emrelinin zədəsi haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, millimizin üzvü ilə bağlı deyib: "Emreli bizə tam hazırlıqsız gəldi. O, koronavirusun ağır formasını keçdi. Oynamamasının səbəbi də bu idi. "Hayduk"la matçda baş verənləri sizə danışacağam. Məşqdə yaxşı idi və ona əsas heyətdə yer verdim. Sonra ilk sprintdə əzələ ağrısı hiss etdi. Heç nə ilə yadda qalmasa da, oynamağa davam etdi. Yalnız sonradan onun əzələsində problem yarandığını öyrəndik".

Kopiç deyib ki, Emreli zədələnməsini ondan gizlətmək istəyib:  "Ondan zədələndiyini niyə demədiyini soruşdum. Cavabında komandaya gücləndirici kimi gəldiyini və ondan çox şey gözlənildiyini dedi. Derbi matçı keçirilirdi, stadion da dolu idi. Mahir buna görə kömək etmək istədiyini söylədi".

Qeyd edək ki, M.Emreli "Hayduk"la görüşün (0:0) 56-cı dəqiqəsində əvəzlənib. O, zədə səbəbindən yoldaşlıq oyunları üçün millimizə çağırılmayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31