4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

De Byazi: “İlk gündən demişəm ki, millinin qapısı hamının üzünə açıqdır”

“Mən ilk gündən demişəm ki, millinin qapısı hamının üzünə açıqdır. İyunda Millətlər Liqasında mübarizə aparacaq heyətin özəyini formalaşdırmağa çalışırıq. Çox güman, bu gün milliyə dəvət alanlar əksəriyyəti bizimlə birlikdə olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu milli komandamızın baş məşqçisi Canni De Byazi deyib.

Sabah Maltaya qarşı keçiriləcək yoxlama oyunu öncəsi mətbuat konfransı keçirən italiyalı mütəxəssis Eddi İsrafilovun yığmaya qayıtmasına belə münasibət bildirib: “Heyət məsələsinə gəlincə, əvvəlki toplanışlara Eddini dəvət edə bilmirdik. Bunun da əsas səbəbi COVİD-19 pandemiyası və daha sonra klubsuz qalması idi. Bizim üçün vacib oyunçudur. Həm hava toplarında, həm də fiziki cəhətdən üstün cəhətləri var”.

De Byazi Namik Ələsgərovun son durumunu da açıqlayıb: “Namik Ələskərovun yüngül zədəsi var və sabahkı oyunda çıxış edə bilməyəcək. Həkimlər Latviya ilə oyuna hazır etməyə çalışırlar. Keçən dəfə dediyim kimi, əvvəlki toplanışlarda əsasən gənclərə üstünlük verirdik. Ancaq zaman göstərdi ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdır. Bu səbəbdən gənclərlə bərabər təcrübəli futbolçulara da dəvət göndərdik”.
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31