2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Azərbaycan - İrlandiya oyununun biletləri satışda

Dünya çempionatı-2022-nin seçmə məhələsi çərçivəsində oktyabrın 9-da, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya oyununun biletləri bu gündən satışa çıxarılıb.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, COVİD-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.

Azərbaycan - İrlandiya oyununa biletləri iticket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.

Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar.

 Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir.

Azarkeşlər stadiona COVİD-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq. Özünüzün və digərlərinin təhlükəsiziliyi üçün stadionda hərəkət edərkən və əyləşərkən sosial məsafəni qorumağınızı xahiş edirik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31