6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Çerçesov: "Emreli maraqlı hücumçudur"

"Legiya"nı qələbə münasibəti ilə təbrik edirəm. Bu komandalar arasında ikinci oyun çox maraqlı və çətin olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya"nın sabiq baş məşqçisi Stanislav Çerçesov  Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda Varşava təmsilçisinin "Spartak"a (Moskva, Rusiya) qalib gəldiyi matç (1:0) haqqında danışarkən deyib.

58 yaşlı mütəxəssis "Legiya"nın oyununu bəyəndiyini vurğulayıb və komandada Mahir Emrelini xüsusi fərqləndirib: "Öz səviyyəsində çıxış edən Artur Borutsu da tərifləməliyəm. Üstəlik, bütün oyunçular çox çalışdılar və bacardıqları qədər mübarizə apardılar. Mahir Emreli maraqlı hücumçudur. Filip Mladenoviç də çox yaxşı idi".

Qeyd edək ki, "Legiya" hazırda 3 xalla C qrunda liderdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31