5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Bazel"in baş məşqçisi: "Qarabağ" bizdən üstün idi"

"Çox intensiv oyun izlədik. Bunu da gözləyirdik. Meydanda eyni səviyyəli komandaları gördük. Amma 90 dəqiqə rəqib daha üstün oldu. İkinci hissədə yüksək pressinqlə oynadılar. Son dəqiqələrdə Ramil Şeydayevin zərbəsində isə bəxtimiz gətirdi. "Qarabağ" bizə qarşı öz potensialını ortaya qoydu".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri İsveçrənin "Bazel" klubunun baş məşqçisi Patrik Rahmen Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin l tur oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis qazandıqları bir xala görə razı olduğunu bildirib: "Biz də matçda bəzi şanslar yaratdıq. Sadəcə, hücumlarımızın sonunu gətirə bilmirdik. "Qarabağ" çox güclü rəqibdir. Qrupda yalnız "Kayrat"la bağlı kifayət qədər məlumatım yoxdur. "Omoniya" ilə Kiprdə oynamaq çətin olacaq. "Qarabağ" 7 il avrokubokların və bir dəfə isə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Onlara hörmətlə yanaşıram".

Rahmen nəticədən razı olduğunu söyləyib: "Çünki bu oyunla bir xaldan artığını düşünə bilmərəm. Dünən isveçrəli jurnalistlərlə söhbətimdə də "Qarabağ"ın necə güclü komanda olduğunu söyləmişəm. Nəticədən məyus deyiləm. Sadəcə, komandamdan daha çox şey gözləyirdim. Bəzi komponentlərdə razı qaldığım məqamlar var. Bir xala görə razıyam. Qrupun güclü komandasına qarşı oynadıq və Bakıdan bir xalla evə qayıdırıq" ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31