6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Qarabağ”, “Kayrat”, “Bazel” kimi komandalarla oynamaq təcrübə qazandırır”

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya”nın (Kipr) baş məşqçisi Henninq Berq qrupdakı komandalar haqqında fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, 52 yaşlı mütəxəssis 1-ci turda “Kayrat”la (Qazaxıstan) matçdan əvvəl təşkil edilən mətbuat konfransında Ağdam təmsilçisi kimi klublarla eyni qrupda yer almağın komandasına təcrübə qazandıracağını bildirib:

“Mübarizə apardığımız yarışlarda əsas məqsədimiz qələbə qazanmaq, çempion olmaqdır. Konfrans Liqasında da əlimizdən gələni edəcəyik. Amma mənim üçün Kipr çempionatı daha üstündür. Konfrans Liqasındakı rəqabət inkişaf etmək üçün yaxşıdır. Eləcə də maddi gəlir baxımından da şansdır. “Qarabağ”, ”Kayrat”, ”Bazel” kimi komandalarla oynamaq Avropada təcrübə qazandırır”.

Qeyd edək ki, bu gün keçiriləcək “Kayrat” – “Omoniya” matçı Bakı vaxtı ilə saat 18:30-da başlayıb.  "Qarabağ"la "Omoniya" arasında ilk oyun isə sentyabrın 30-u Kiprdə olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31