6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Qarabağ" və "Neftçi" azarkeşlərindən AFFA-ya və PFL-ə müraciət

"Neftçi" və "Qarabağ"ın ən böyük azarkeş qrupları Azərbaycan Premyer Liqasının son - 28-ci turunda bu komandaların qarşılaşacağı matça azarkeş buraxılması üçün AFFA və PFL-ə müraciət ediblər.
 
Futbolxeber.az saytının məlumatına görə, bu haqda "İmarət Tayfa" və "Forze Neftçi" özlərinin Feysbuk hesablarında paylaşım ediblər. 
 
"Peşəkar Futbol Liqasından xahiş edirik ki, mövsümün son həlledici matçında stadiona məhdud sayda azarkeş buraxılması təmin olunsun!
 
PFL rəhbərliyinin mövsümün ən maraqlı matçının azarkeşsiz baş tutmaması üçün əlaqədar qurumlara müraciət etməsi labüddür!" - deyə "İmarət Tayfa"nın Feysbuk səhifəsində qeyd olunub.
 
"Forze Neftçi"nin isə Feysbuk səhifəsində bu sözlər yer alıb: "Başda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və digər aidiyyatı qurumlardan rica edirik ki, Azərbaycan Premyer Ligasının son turunda gerçəkləşəcək "Neftçi" - "Qarabağ" matçına azarkeşlər buraxılsın".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31