5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Millimizin koronavirusa yoluxmuş futbolçuları ilə bağlı açıqlama

Azərbaycan milli komandasının ölkə xaricindəki təlim-məşq toplanışı zamanı koronavirusa yoluxmuş futbolçuları hələ Bakıya qayıtmayıblar.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla açıqlama verib.

O bildirib ki, yoluxduqları UEFA Millətlər Liqasının V turunun Monteneqro ilə matçından sonra üzə çıxan Təmkin Xəlilzadə və Rahil Məmmədov bu gün Xorvatiyada yenidən testdən keçiblər. Cavablar növbəti gün bəlli olacaq.

VI turda Lüksemburqla qarşılaşmadan əvvəl yoluxmuş Maksim Medvedev isə bir neçə gün sonra yenidən test verəcək. 31 yaşlı müdafiəçi hazırda Lüksemburqdadır.

Qeyd edək ki, Azərbaycan millisi Lüksemburq və Monteneqro ilə qolsuz heç-heçə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31