4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“Qəbələ”nin avrokubok «11-liy»i

2014-cü ildən avrokubokların daimi iştirakçısına çevrilən “Qəbələ”nin 71 futbolçusu qitə miqyaslı turnirdə  meydana çıxıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ardıcıl 6 mövsüm UEFA Avropa Liqasında qüvvəsini sınayan “qırmızı-qaralar”ın oyun sayında rekordçusu Dmitri Bezotosnıdır.

Ukraynalı qapıçı 32 avrokubok matçında komandanın şərəfini qoruyub. İkinci göstəriciyə malik olan Vojislav Stankoviç ondan üç oyun geri qalır. 3-cü yerə Rikardinyo və Sergey Zenyov şərikdir. Onların hərəsinin hesabında 27 matç var. Yerli futbolçular arasında Asif Məmmədovla Rəşad Sadiqov öndədir. Onlar 22 avrokubok qarşılaşmasının iştirakçısı olub.

Qeyd edək ki, ümumilikdə 11 futbolçu 15 və ya daha çox oyunda meydana çıxıb.

“Qəbələ”nin heyətində 15 və daha çox avrokubok oyunu keçirənlər

1. Dmitri Bezotosnı - 32

2. Vojislav Stankoviç - 29

3-4. Rikardinyo - 27

Sergey Zenyov - 27

5. Vitali Vernidub - 26

6-7. Asif Məmmədov - 22

Rəşad Sadiqov - 22

8. Rafael Santos - 20

9. Filip Ozobiç - 18

10-11. Dodo - 15

Ürfan Abbasov - 15

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31