6 May 2024, Bazar ertəsi
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu

Ölkə futbolu

Obradoviç: “Təəssüf ki, ilk üç qolu Fransaya hədiyyə etdik”

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində “Stade de l'Epopee”də keçirilən Fransa - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Milan Obradoviç affa.az-a fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, serb mütəxəssis 0:5 hesablı yenilgini belə şərh edib:

“Rəqib haqda əlavə nəsə deməyə ehtiyac yoxdur. Hamı necə komandaya qarşı oynadığımızı yaxşı başa düşürdü. Təəssüf ki, ilk üç qolu hədiyyə etdik. Əlbəttə, Fransa yığması qələbəyə layiq idi, buna şübhə ola bilməz. Amma biz də ən azı bir qol vurmağa layiq idik. Alınmadı. Futbolçulara da dedim, daha yaxşı oynaya bilərdik. Təbii ki, Fransa səviyyəsində oynaya bilmərik. Rəqib hər şeydə bizdən çox irəlidədir.

Artıq bu oyun geridə qaldı. Yaxşı istirahət etməli, enerji toplamalıyıq. Çünki qarşıda bizi İsveçrə ilə oyun gözləyir. Özümüz üçün analizlər edəcəyik, İsveçrənin heyətini öyrənməyə çalışacağıq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31