6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

APOEL-in futbolçusu: "Qrupda ən azı ikinci olmağımız çox yaxşı olardı”

 “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-in futbolçusu Roman Bezyak turnirdəki şansları barədə ölkəsi Sloveniya mətbuatına danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 30 yaşlı oyunçu əvvəlcə Kipr klubunun bu mərhələyə qədər keçdiyi yol barəsində fikirlərini səsləndirib:

"Qarabağ”a evdə 1:2 hesabı ilə məğlub olduqdan sonra məşqçimizi əvəz etdik. Tomas Doll komandaya gələndən sonra mənim üçün hər şey bir gecədə dəyişdi. Bakıda 2:0 hesabı ilə qalib gəldik və Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandıq. “Ayaks”a qarşı 2 möhtəşəm oyun keçirdik. Düzdür, bunu hücum mənasında demirəm, çünki bu rəqibə qarşı hücum futbolu oynaya bilmərsən. 5 oyunda 16 qol vurduq və bunun uğur olduğunu qeyd edə bilərəm”.

Daha sonra Bezyak komandasının AL-in qrup mərhələsindəki startının uğurlu olmadığını söyləyib: “Çempionlar Liqasında oynamaq üçün sənin birinci dərəcəli oyunçuların olmalıdır. Biz o səviyyədə deyilik.  Avropa Liqasında oynamaq bizim üçün mövcud reallıqdır.  Qrupda ən azı ikinci olmağımız çox yaxşı olardı”.

Qeyd edək ki, “Qarabağ” AL-in qrup mərhələsinin üçüncü turunda Bakıda APOEL ilə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31