5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Coşqun Diniyev: “Nəinki “Qarabağ”, heç bir klubun hakim…”

Bu gün Topaz Premyer Liqasında XVII tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, lider “Qarabağ” doğma meydanda “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. “Azərsun Arena”dakı matçdan sonra ev sahibi komandanın yarımmüdafiəçisi Coşqun Diniyev qələbəni belə şərh edib: 
 
- Maraqlı oyun keçdi. “Zirə” də bizə qarşı müqavimət göstərdi. Biz də öz oyunumuzu tapmağa çalışdıq. Sevindirici odur ki, sonda 3 xalı biz qazandıq və liderliyə davam edirik.
 
- Oyunda temp çox aşağı idi. Bu nə ilə bağlı idi?
- Keçirilən oyunlara hələ tam öyrəşməmişik. Yəqin ona görə komandada bir az yorğunluq var. Bəlkə də, oyun elə məcrada keçdi ki, bizi tempi aşağı salmağa vadar etdi. Gələcək oyunlarda çalışacağıq ki, tempi, sürəti daha da artıraq. 
 
- “Qarabağ” bu gün vurulan qollara elə də sevinmədi. Ehtiyyat oyunçular skamyasındakılar, ümumiyyətlə, yerindən tərpənmədi. Bu nə ilə bağlı idi?
- Yox, buna müəyyən səbəblər demək olmaz. Çox oyunlarda belə olub. Elə oyunlar olub ki, çox sevinmişik. Amma yarıdan çox oyunlarımızda az sevinmişik. 
 
- Oyundan qabaq da deyirdilər ki, “Qarabağ” 2:0 hesabı ilə qalib gələcək. - “İnter” – “Simurq” kimi, “Qarabağ” – “Zirə” yaxınlığına işarə vurudular. Bu barədə nə deyə bilərsən? 
90-cı dəqiqədə vurulan 1 qol təxminləri alt-üst edə bilərdi. Hesab 3:0, yaxud 2:1 də ola bilərdi. Oyundur… İki qol şansı yarandı, onlardan istifadə edə bildiksə, nəticə də buna uyğun olmalıdır. 
 
- Ümumiyyətlə, “Qarabağ”ın hakim köməyinə ehtiyacı var?
- Nəinki “Qarabağ”, heç bir klubun hakim köməyinə eytiyacı yoxdur. Belə düşünürəm. Xal qazanmaq, yuxarı pillədə olmaq istəyən komanda hakimlərdən, yaxud kimlərdənsə ümid gözləməməlidir. Öz oyunu ilə bunu sübut etməlidir. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31