5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Flavinyo: “Mənim üçün Arif Əsədovun rəhbərliyi altında oynamaq daha yaxşıdı” (Müsahibə)

“Neftçi”nin kapitanı Flavinyo Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın 9-cu turu çərçivəsində “İnter”ə qarşı keçirdiyiniz oyunda qapılara qol vurulmadı. Qarşılaşma barədə nə deyə bilərsən?

- Maraqlı oyun alındı. Rəqib də güclü komanda idi. Mən yox, amma komandamız yaxşı oynadı. Sadəcə, lazım olan qolu vura bilmədik. Şanslar da oldu. Amma yararlana bilmədik. Həm də rəqib bizə qarşı fərdi oynayırdı. Yəni, hər futbolçunu 1 nəfər “bağlayırdı”. Buna görə də hər şey istədiyimiz kimi alınmadı.

- Qələbə qazana bilməməyinizi yalnız bu amillə bağlayırsan?

- Yox, təbii ki. Bizdə bu mövsüm qol vurmaq baxımından problem var. Əvvəllər daha çox qol vururduq. Amma bu çempionatda vəziyyət dəyişib. Yeni sistemlə oynayırıq. Ona görə də komandanın yeni sistemə öyrəşməsi üçün bir qədər vaxt lazımdı.

- Öz çıxışın barədə nə deyə bilərsən?

- Bir müddət komandadan ayrı qaldım, müalicə alırdım. Ümumiyyətlə, son 1 ildə belimdə ağrılar var idi. İndi vəziyyətim düzəlsə də, fiziki cəhətdən bir qədər axsayıram. İnanıram ki, bu boşluğu da məşqlərin sayəsində dolduracağam.

- “Neftçi” cari mövsüm iddialı klublardan yalnız “Xəzər Lənkəran”ı məğlub edib. “Qarabağ”, “İnter”, “Qəbələ” ilə oyunlarda komanda qələbəyə həsrət qalıb. Bu, çempionluğa oynayan “Neftçi” üçün uğursuzluqdurmu?

- Təbii ki, çempionluğa oynayan komanda üçün bu, çox pis nəticədir. “İnter”lə oyunda qələbə qazanmağı çox istəyirdik. Çünki qələbə qazansaydıq, lider olacağdıq. Lakin biz xal itirdik, əvəzində “Qarabağ” qalib gəlib, zirvəyə yüksəldi. Amma dekabrda hələ var. İnanıram ki, vəziyyət dəyişəcək. 2-3 oyun ardıcıl qələbə qazansaq, hər şey yaxşı olacaq. Qış fasiləsinə lider kimi yollanmaq üçün əlimizdən gələni edəcəyik.

- İstənilən nəticənin qazanılmamasında baş məşqçi dəyişikliyinin nə dərəcədə rolu var?

- Əvvəlki baş məşqçinin dövründə də pis oynadığımız matçlar olub. Mən deməzdim ki, məşqçi dəyişikliyi komandaya mənfi təsir edib. Məşqlərimiz yüksək səviyyədə keçir. Komanda yox, fərdi şəkildə daha çox çalışmalıyıq.

- Azarkeşlərin bir qismi düşünür ki, Böyükağa Hacıyevin vaxtında hücum futbolu sərgiləyən “Neftçi”, Arif Əsədovun gəlişindən sonra müdafiəyə daha çox diqqət ayırır...

- Deməzdim. Mənim üçün indiki baş məşqçinin rəhbərliyi altında oynamaq daha yaxşıdı. Uğursuzluğa görə Arif Əsədovu günahlandırmaq olmaz. Məşqçilər korpusu lazım olanı edir. Amma futbolçular meydanda bunu reallaşdıra bilmir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31