21 Sentyabr 2024, Şənbə
“Neftçi” "Qarabağ"la bacarmadı
Həyəcan, qorxu, yoxsa paxıllıq?
Millimiz Çexiyaya məğlub oldu
Qara Qarayev “Neftçi”dən getdi

Xarici futbol

Konfrans Liqası: Mahir xilaskar ola bilmədi

Azərbayan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) Konfrans Liqasının qrup mərhələsində 2-ci tur oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, C qrupunda mübarizə aparan komanda səfərdə "Balkani" ilə üz-üzə gəlib. Oyun  meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın 46-cı dəqiqəsində, hesab 1:0 olarkən meydana çıxan Mahir Emreli 80-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Bu qrupun digər matçında isə "Astana" evdə "Viktoriya"ya uduzub - 1:2.

Qeyd edək ki, ilk turda "Dinamo" "Astana"ya qalib gəlib, "Balkani" isə "Viktoriya"ya uduzub.

2 turdan sonra “Viktoriya” 6 xalla qrup lideridi. “Balkani” 3 xalla ikinci, “Dinamo” isə üçüncü pillədə qərarlaşıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2024
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30