Ölkə futbolu
2 milyon pul alıb, oynatmağına bax...
Milli komadamız dünən UEFA Millətlər Liqasının yeni tsiklindəki ikinci oyununda da uduzdu. Bu, həm də millimizin yeni baş məşqçisi Fernandu Santuşun rəhbərliyi altında ikinci məğlubiyyətdir. Portuqaliyalı mütəxəssisin debütu heç də uğurlu alınmadı - 2 oyun, 2 məğlubiyyət, topların fərqi 1:5. Millinin heyətini açıqlayarkən Santuşun mətbuat önündə səsləndirdiyi pafoslu vətən, millət, bayraq sevdası da komandamıza kömək olmadı...
Millimizin İsveçdən sonra Slovakiyaya uduzacağı əvvəldən gözlənilən idi. Ay “millimiz İsveçə qarşı yaxşı oynadı”, “bəxtimiz gətirmədi”, “2 topumuz dirəkdən döndü”, “Ramil penaltini vursaydı, nəticə fərqli olardı”, “bağ belə, bostan elə” və s. Bütün bunlar gülünc iddiadan başqa bir şey deyil. Slovakiya millisi dünən yığmamıza 26 dəqiqəyə mini master-klass keçdi. 5 dəqiqəyə iki top vurmaqla matçın taleyini həll edən slovaklar qalan vaxtı yol verdilər. Əgər dünən slovakiyalılara 5 top fərqi ilə qələbə lazım olsaydı, buna çətinlik çəkmədən nail olardılar. Hər halda matçın ilk 26 dəqiqəsindəki mənzərə belə düşünməyə əsas verir. “Millimiz yaxşı oynadı”, yaxud “millimiz pis oynamadı” fikrini səsləndirənlərin futbola baxış bucağı çox maraqlıdır. Həqiqətənmi millimizin son 2 matçda yaxşı, yaxud pis oynamadığına inanırsınız? Əgər millimizin oynadığı futboldusa, italyanların Fransa qarşısında demirəm, gürcülərin Çexiya qarşısında sərgilədiyi nə idi?..
Başa düşürəm, Santuş sehrbaz deyil, 2 günə nəyisə dəyişə bilməz. Amma məsələ ondadır ki, portuqaliyalı nəinki 2 günə, heç 2 ili də nəyisə dəyişə bilməyəcək. Çünki bizim milli komandamızın problemi baş məşqçidə deyil. Yurveviç, De Byazi və yaxud Santuş - adlardan başqa heç nə dəyişməyəcək. Millinin uğur qazanması üçün futbolçu lazımdı. Futbolçu da yoxdursa, lap Qvadiolanı, Ançelottini gətir, ruslar demiş, “nu i?” Maksimum 3 əvəzinə 5 xal qazanacağıq. Bu da nəyisə dəyişmir. Olan yalnız əcnəbilərə ödənilən milyonlara olur...
Milyon demişkən, rəsmən açıqlanmasa da, milli komandamızın baş məşqçisi Fernandu Santuşun 2 milyonluq müqaviləyə imza atdığı çoxlarına məlumdur. Son 2 matçda sərgilənən futbol görə o boyda “rasxod eləməyə dəyər?” “Bəyin oğurlanması”nda deyir e, “8 min pul alıblar, oynamaqlarına bax”...
8 min demişkən, bayaq yuxarıda adını çəkdiyim Gürcüstan millisinin baş məşqçisi Villi Sanyolun maaşı bilirsiniz nə qədərdir? Aylıq 20 min. Yəni Santuş Sanyoldan 10 dəfə çox qazanır. Əvəzində millimizlə gürcülərin sərgilədiyi futbolla baş məşqçilərin qazancları tərs mütənasib təşkil edir. Maraq üçün onu da əlavə edək ki, dünən millimizi 26 dəqiqəyə xalsız qoyan Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona ildə 540 min avro qazanır. Santuşla müqayisədə qəpik-quruş... Bu halda ortaya sual çıxır - əgər millimiz onsuz da uduzacaqsa, milyonları göyə sovurmağın nə adı var? Ondansa millinin aylıq 10 min manat qarşılığında hazırda işsiz olan mütəxəssislərdən birinə tapşırmaq daha düzgün olmaz? Məsələn, Tərlan Əhmədov. Əminəm ki, Əhmədovun rəhbərliyi altında da milli komandamız ƏN PİS HALDA elə indiki kimi oynayacaq. Bu halda dövlətin pulunu portuqaliyaya xərcləməyin adı nədir? Milliyə gətiriləcək istənilən yerli məşqçi ilə Santuşun qazancı arasındakı fərq 1,8 milyon təşkil edəcək ki, bu pula da meydançalar inşa etdirib gələcək üçün futbolçu hazırlamaq olar. Təbii ki, əgər həqiqətən də futbolun inkişafını istəyiriksə...
İbrahim Cəfərov
P.S. Dünən gecədən gözümə yuxu getməyib. Narahatam, görəsən, Slovakiya ilə matçdan sonra “gecə yata bilməyəcəm” deyən Fernandu Santuş Koşitsedən Bakıya qayıdan təyyarədə heç olmasa 10-15 dəqiqə gözünün acısını ala bildi?
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
- Kadi qayıdışını “Futbolxeber”ə şərh etdi: “Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
- “Qarabağ” 2026-cı ildə ilk transferini reallaşdırdı
- Aərbaycan kubokunun püşkü atılıb
- “Turan Tovuz”un debütantı: “Qarabağ”dan xal ala bilərdik...”
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Millimizin sabiq üzvü Finlandiya yığmasından təklif alıb
- Təxirə salmalımı, salmamalımı?!.
- Mustafa Sek: “Bir qələbə ilə kifayətlənmək olmaz, ardını gətirməliyik”
- "Araz-Naxçıvan" sabiq oyunçusunu geri qaytardı
- Azərbaycan futbolunda yenilik
- Addai: “Sabah”la oyunlarda nəyə qadir olduğumuzu göstərəcəyik”
- “Sumqayıt” - “Zirə” oyunun biletləri satışda
-
23:00
Basketbol millimiz Şimali Makedoniyaya uduzdu
-
22:38
“Zirə” - “Sumqayıt” matçı FİFA referisinə tapşırıldı
-
18:55
"Qaradağ Lökbatan"dan darmadağın
-
18:11
Qəbələdə yeni cüdo zalı istifadəyə verilib
-
17:32
Siyasət Əsgərov: "Şimali Makedoniya ilə oyuna tam köklənmişik"
-
17:09
“Reytinq turnirində ilk medalımı qazandığım üçün qürurluyam”
-
16:43
Qurban Qurbanov: “60 yaşımdan sonra da özümü inkişaf etdirməyə davam etməliyəm”
-
15:25
AFFA rəsmisinə UEFA-dan təyinat
-
14:57
"Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib FOTOLENT
-
14:34
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
-
14:10
Rəşad Nəbiyev "Böyük Dəbilqə" turnirində 7 medal qazanan cüdoçuları təbrik edib
-
13:46
“Neftçi”yə qarşı daha bir hakimi “səhvi”: Hakimlər Komitəsində narazılıq VİDEO
-
13:21
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:02
Qurbanlı “Sabah”ın məşqçisinin qeyri-etik jesti barədə: “Hərə öz mədəniyyətini göstərir”
-
12:58
“Sona qədər çempionluq uğrunda vuruşacağıq”
-
12:33
Güləş millimiz reytinq turnirinin qalibi oldu
-
12:19
"Fənərbaxça" Antalyada xal itirdi VİDEO
-
12:05
Azərbaycan - Şimali Makedoniya oyununun hakimləri açıqlandı
-
11:42
"Milan" sonda istəyinə çatdı VİDEO
-
11:27
Azərbaycan çempionatlarında ilk dəfə
-
11:14
"Roma - "Yuventus" matçında 6 qol VİDEO
-
10:50
Emmanuel Hakman: “Berdıyev əsl liderdir”
-
10:36
Mövsümün yeni azarkeş rekordu
-
10:21
"Mançester Yunayted"dən geridönüş VİDEO
-
10:03
Cüdoçumuzdan gümüş medal
-
09:48
London derbisində "Arsenal" sevindi VİDEO
-
22:01
Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
-
20:56
“Qarabağ”dan möhtəşəm geridönüş
-
20:45
"Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
-
20:17
Cüdoçularımız "Böyük Dəbilqə" turnirini 7 medalla başa vurublar
-
20:04
“Turan Tovuz”dan gözləniməz xal itkisi VİDEO
-
19:33
Kurban Berdiyev: "İmişli" qapımıza zərbə vura bilmədi"
-
18:49
"Quba"nın futbolçusu mükafatlandırıldı
-
17:22
II Liqada 16-cı tura start götürdü
-
16:36
ETOPAZ 14 yaşında!
-
16:00
“Neftçi” bəyanat yaydı: “Qapımıza son 4 topu məhz hakimlər “vurub” VİDEO
-
14:14
"Liverpul"dan 5 qollu qələbə VİDEO
-
13:51
Güləşçimiz reytinq turnirinin qalibi olub
-
13:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:47
Lukaku "Napoli"yə qələbə qazandırdı VİDEO
-
12:29
Azərbaycanlı futbolçular Albaniyada üz-üzə gəldilər
-
12:15
"Borussiya" - "Bavariya" matçında 5 qol VİDEO
-
11:53
"Mançester Siti"dən səfər qələbəsi VİDEO
-
11:30
Cenk Sümer: “Dünyanın heç bir yerində bu epizodu kobudluq olaraq qiymətləndirməzlər”
-
11:15
PSJ 3 xalı tək qolla qazandı VİDEO
-
10:46
Renat oynadı, komandası qalib gəldi
-
10:21
"Beşiktaş"dan çətin qələbə VİDEO
-
10:04
Mahirin qayıdışı “Kayzerslautern” üçün düşərli olmadı
-
09:52
Yamalın het-triki VİDEO
-
20:13
"Karvan-Yevlax" çətin Qəbələ səfərindən xalla qayıtdı VİDEO
02.03.2026
01.03.2026
28.02.2026























