Ölkə futbolu
Zaur Axundov: “Millinin heyətində meydanda 80 faiz can yandıran futbolçu görmədim”
Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun Futbolxeber.az saytına müsahibəsi
- “Araz-Naxçıvan”ın “Kəpəz”lə oyununu canlı izlədiniz. 1:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Komandanı təbrik edirəm, yaxşı oynadılar. Daha 3 xal qazandılar. Ağır oldu, “Kəpəz”də də məşqçi dəyişikliyi baş vermişdi. Özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər.
- Yəqin ki, “Araz-Naxçıvan”ın sabiq baş məşqçi Azər Bağırovun “Kəpəz”də olması bu matça əlavə intriqa qatırdı...
- Azər cavan məşqçidir, istedadlıdır. Bir qədər də təcrübəyə ehtiyacı var. İnanıram ki, gələcəkdə özünü daha yaxşı göstərəcək və nəticə qazanacaq.
- 5 oyuna 10 xal. “Araz-Naxçıvan”ın mövsümə startını qənaətbəxş saymaq olar?
- Təbii ki. Komanda hazırda 1 oyun az keçirsə də, 10 xal toplamağı bacarıb. Bu, yaxşı nəticədir.
- “Neftçi” ilə oyundakı xal itkisi olmasaydı, indi komandanın turnir cədvəlində mövqeyi daha da yaxşı olardı. Həmin heç-heçəyə görə təəssüflənirsiniz?
- Təbii ki, həmin heç-heçəyə görə heyifsilənirəm. O oyunda komanda xal itirməməli idi. Amma futboldur, kimisə günahlandırmağım düz olmaz. Qismət belə imiş. Çempionat davam edir.
- Naxçıvan stadionunun təmiri ilə bağlı nə kimi yeniliklər var?
- Layihə hazırlanır, az qalıb. İnşallah tezliklə işlərə başlanılacaq.
- Rəhbəri olduğunuz Naxçıvan Futbol Federasiyası ilə bağlı hansı yeniliklər var?
- Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal yarışı təşkil olunacaq. Həmçinin ayın axırına qədər Naxçıvanın daxili çempionatı keçiriləcək. Bu yarışa ciddi hazırlıqlar gedir. Eləcə də “Araz-Naxçıvan” idman akademiyası ilə “Beşiktaş” arasında müqavilə imzalanıb. Tezliklə Naxçıvanda “Beşiktaş”ın rəsmi yeniyetmələr klubu fəaliyyətə başlayacaq. Bu da məşqçilər üçün əlavə iş yerləri deməkdir.
- Məşqçilər Türkiyədən dəvət olunacaq?
- Xeyr, məşqçilər yerli olacaq. Koordinator Türkiyədən gələcək. O cümlədən, bu yaxınlarda hakimlər üçün AFFA Naxçıvanda seminar keçirdi. Ən əsası odur ki, daha əvvəl də dediyim kimi, böyük futbol Naxçıvana qayıtmalıdır. Stadion təmir olunmalı və “Araz-Naxçıvan” ev oyunlarını orada keçirməlidir.
- Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında Naxçıvanın da təmsil olunacaq. Həmin klubun sizə aidiyyəti var?
- O klubun bizə aidiyyəti yoxdur. Amma istənilən halda Naxçıvanı təmsil edirsə, biz də canla-başla onlara azarkeşlik edəcəyik.
- Millimizin İsveç və Slovakiya oyunları barədə təəssüratlarınız necədir?
- Milli bizim həmişə yaralı yerimiz olub. İstəmirik uduzaq. Mənim üçün Azərbaycan futbolu millidən başlayır. Milli respublikanın üzüdür. Komandanın uduzmağı mənə pis təsir edir. İsveçlə oyunda birinci hissədə həm penaltini, həm də qol şanslarını qaçırdıq. Halbuki hesabı aça bilsəydik, ikinci hissədə meydanda başqa futbol gedəcəkdi. Təəssüflənirəm. Bizə lazımdır ki, milli daha yaxşı çıxış eləsin. Klublar da inkişaf etməlidirlər. Daha güclü transferlər lazımdır. Avropada daha çox uğur qazanmalıyıq. “Qarabağ”ı yenidən Çempionlar Liqasının qrup mərhələsində görməyi çox arzulayırdıq. Təəssüf ki, alınmadı. Zaqreb “Dinamo”su ilə səfər oyununda “Qarabağ” hücum edirdi, qolu isə rəqib vururdu. Paxıllıqla Gürcüstana baxıram. Gürcülərdən nəyimiz əskikdir? İnkişaf etmiş ölkəyik. Gürcüstan Çexiyanı udur, Albaniyanı səfərdə məğlub edir. Azərbaycanlı kimi bu, mənə pis təsir edir. Dönüş olmalıdır. Futbolun inkişafı üçün hər şey edilir. Çempionat keçirilir, dövlət tərəfindən vəsait ayrılır, məşqçilər var, futbolçular var, stadionlar var, amma millinin nəticəsi yoxdur. Ümidvaram ki, Rövşən müəllimin nəzarəti altında yeni AFFA rəhbərliyi vəziyyəti dəyişə biləcək, lazımi addımlar atılacaq. Hər dəfə deyirik məşqçiyə vaxt lazımdır. Nə vaxta qədər? Axı ömürdən gedir. Gürcülərdən nəyimiz əskikdir?
- Bəzən uğursuzluğu AFFA rəhbərliyinin, İcraiyyə Komitəsində təmsil olunanların futbol adamları olmaması ilə əlaqələndirirlər...
- Bu cür söhbətlərə qarışmaq istəmirəm. AFFA İcraiyyə Komitəsində kimlərin təmsil olunmasından asılı olmayaraq milli nəticə göstərməlidir. İcraiyyə Komitəsi qanunverici orqandır. Praktika isə başqa şeydir. Bizə meydanda can qoyan futbolçular lazımdır. Guya Gürcüstan texnikalı futbol oynayır? Xeyr, sadəcə ürəklərini meydanda qoyurlar. Hər matça ölüm-dirim savaşı kimi yanaşırlar. Bu halda İcraiyyə Komitəsində kimlərin oturmasının nə fərqi var? Biz bilirik Gürcüstan Federasiyasının İcraiyyə Komitəsində kimlər yer alır? İcraiyyə Komitəsinin üzvləri çıxıb meydanda futbol oynamayacaq ki.
- Millimizin yeni baş məşqçisi Fernandu Santuşdan gözləntiləriniz?
- Santuş inqilab edə bilməz. Əsas məsələ azərbaycanlı futbolçulardır. Meydandakı 11 nəfər canını qoymalıdır. Santuş peşəkardır, Ronaldo, Pepe kimi ulduzlarla çalışıb. O, professional gözü ilə baxır, futbol oynamır. Son 2 oyunda futbolçular meydanda 50 faiz can yandırdılar. Bəlkə səhvdi, amma hərənin futbola bir baxışı var. Mən meydanda 80 faiz can yandıran futbolçu görmədim. Halbuki 70-80 can yandırsaydılar, milli qələbə qazanardı. İsveç həmin İsveçdi də, bir müddət əvvəl onları Bakıda 3:0 hesabı ilə darmadağın etmişdik.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- 19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- Azər Bağırovdan qələbə şərhi
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- VI turun hakim təyinatları açıqlandı
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Elvin Məmmədov: “Bu dəqiqə o riski edə bilmərik”
- “Qurban olum, Qurban hocaya”
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
- Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
- “Neftçi” transfer bombasını partladır: Abubakar bu gün gəlir!
- Pərviz Qaraxanov: “Çempionluq yolunda qələbə bizim üçün vacib idi”
-
18:21
Hamşikin oğlu Danimarka klubunda
-
17:33
Region birinciliyinin qalibləri müəyyənləşib
-
17:19
ATF-nin icraçı vitse-prezidenti Baş Assambleyada iştirak edib
-
16:57
“Səbail” qələbəni əldən verdi
-
16:04
“Şamaxı”dan ayrılan legioner ikinci liqa klubunda
-
15:26
PFL ayın ən yaxşı qolunun müəllifini mükafatlandırdı
-
14:45
İslamiadada Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb
-
14:32
Azərbaycanın FIFA referisi beynəlxalq təyinat alıb
-
14:18
“Sumqayıt” ötən ay heyətinə qatdığı oyunçu ilə vidalaşdı
-
13:53
Daha 3 boksçumuz Avropa çempionatının yarımfinalında
-
13:21
Navarro: "Qarabağ"la oyunda əziyyət çəkdik"
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:47
19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
-
12:14
“Qarabağ”ın futbolçusu avrokubokların tarixinə düşdü
-
11:59
"Beşiktaş" Konyadan qələbə ilə qayıtdı VİDEO
-
11:35
ÇL: “Araz-Naxçıvan”ın ilk 2 oyununun hakimləri bilindi
-
11:02
"Real" - "Yuventus" matçının taleyini 1 qol həll etdi VİDEO
-
10:48
Mikayıl Cabbarov dünya çempionatında uğurlu çıxış edən güləşçilərimizi təbrik edib
-
10:23
“Qalatasaray” “Budo-Qlimt”i 3 qolla üstələdi VİDEO
-
09:56
“Qarabağ”a 2 qol vuran futbolçu həftənin ən yaxşısı adına namizəd oldu
-
09:31
“Qarabağ” “San Mames”də xalsız qaldı VİDEO
-
09:17
Ernesto Valverde: "Qarabağ"ı özünə uyğun olmayan oyuna məcbur etdik"
-
09:00
Qurban Qurbanov: "Benfika" ilə matçdakı geridönüş burada da ola bilərdi"
-
22:36
"Qarabağ" "Atletik"ə məğlub oldu
-
19:14
Yamaldan daha bir rekord
-
18:51
İtaliya portalı: “Qurban Qurbanov “Qarabağ”ın ruhudur”
-
17:38
Azərbaycanlı mütəxəssis ÇL-in oyununa təyinat alıb
-
16:45
I Liqada VI tur start götürdü
-
16:03
"Qarabağ"ın U-19 komandası "Atletik"ə uduzdu
-
15:22
"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadion dəyişdi
-
14:17
"Napoli"nin ən ağır məğlubiyyəti
-
13:50
Ramalinqom: “Əsas mənim qol vurmağım yox, qələbənin ardını gətirməkdir”
-
13:39
“Zirə” legioneri ilə yollarını ayırdı
-
13:24
Dağ velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub
-
12:41
Qurban Qurbanova İspaniyada sürpriz etdilər VİDEO
-
12:16
Siyasət Əsgərov: “Qazaxıstanla hər iki matçı yüksək səviyyədə keçirməyə çalışacağıq”
-
11:33
Daha bir boksçumuz Avropa çempionatının yarımfinalında
-
11:09
“Xankəndi” Azərbaycan çempionatlarında 22 illik rekordu təkrarladı
-
10:55
"Qarabağ" UEFA Gənclər Liqasında növbəti oyununa çıxır
-
10:42
"Şirvan" - "Dinamo" matçında 7 qol VİDEO
-
10:17
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:54
"Barselona"dan darmadağın VİDEO
-
22:31
Kevin Medina: “Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil”
-
21:58
Qurban Qurbanov: “Ümidvaram ki, azarkeşlər mübarizəmizdən razı qalacaqlar”
-
21:02
Güləşçimiz dünya çempionu oldu
-
20:25
Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub
-
19:14
Naxçıvanda qaçış üzrə muxtar respublika birinciliyi keçirilib
-
18:43
II Liqada 3 oyunda 24 qol
-
18:00
Abubakar rəsmən “Neftçi”də
-
17:37
Ernesto Valverde “Qarabağ”la oyun barədə: “Ehtiyatlı olmalıyıq”
23.10.2025
22.10.2025
21.10.2025























