9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Xarici futbol

“Olimpiya"nın hücumçusu: "Qalatasaray" "Qarabağ"dan güclüdü"

"Nə qədər ciddi rəqibə qarşı oynayacağımızı yaxşı bilirik. Güclü komandalara qarşı oynamağa öyrəşmişik. Son rəqibimiz Türkiyənin “Qalatasaray” klubu idi ki, onun da “Qarabağ”dan güclü olduğunu düşünürəm. Amma buna baxmayaraq, bizi "Qarabağ"a qarşı də çətin oyunlar gözləyir". Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Sloveniyanın "Olimpiya" klubunun portuqaliyalı legioneri Ruy Pedro bu gün Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la Lyublyanada keçiriləcək ilk qarşılaşması haqda danışarkən deyib.

25 yaşlı hücumçunun fikrincə, komandasını Azərbaycan çempionuna qarşı ağır görüş gözləyir: "Azərbaycan klubunun Avropada böyük təcrübəsi var. Ambisiyaları olan komandayıq və Avropa Liqasının qrupunda oynamaq istəyirik. Ümidvaram ki, qalib gələn tərəf biz olarıq".

Xatırladaq ki, "Olimpiya" Çempionlar Liqasında "Qalatasaray"a qol vurmadan yenilib - evdə 0:3, səfərdə 0:1.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31