9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Xarici futbol

FİFA-nın baş katibi vəzifəsini tərk edir

FİFA-nın baş katibi Fatma Samura vəzifəsini tərk edir.

Futbolxeber.az-ın məlumatına görə, bununla bağlı ali futbol qurumunun saytında F.Samuranın açıqlaması yer alıb:

“FİFA-ya qoşulmaq həyatımdakı ən yaxşı qərar idi. Bu cür rəngarəng komanda ilə birgə çalışdığım üçün qürur duyuram. İlk növbədə arzuladığım işdə çalışmağım üçün şərait yaradan Canni İnfantinoya minnətdaram. O, inam, anlayış və inanılmaz dəstək nümayiş etdirdi. FİFA-da çevriliş edən insanla yan-yana işləmək çox xoş idi.  Bu gün FİFA daha yaxşı nəzarət olunan, ictimaiyyətə daha açıq, daha etibarlı və daha şəffaf olan bir qurumdu. FİFA-nı böyük fəxr hissi ilə tərk edirəm”.

Qeyd edək ki, Seneqal əsilli Fatma Samura 2016-cı ildən FİFA-nın baş katibi idi. O, qurumun tarixində bu vəzifəyə təyinat alan ilk qadındı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31