9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Xarici futbol

“Konyaspor” Mahir üçün 1 milyon avro ödəyəcək?

Türkiyə mətbuatında Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı yeni məlumat yayılıb.

Futbolxeber.az saytının məlumatına görə, Konyada nəşr olunan “Anadoluda bugün” nəşri M.Emrelinin “Konyaspor”dan ayrılması ilə bağlı xəbər dərc edib.

Məlumatda xatırladılıb ki, M.Emreli bu ilin qışında “Dinamo” Zaqrebdən icarə qaydasında “Konyaspor”a keçib. Onun müqaviləsində icarə müddəti başa çatdıqdan sonra futbolçunun birdəfəlik transfer edilə biləcəyinə dair bənd də olub. Həmin bəndə əsasən, “Konyaspor” 1 milyon avro qarşılığında Emrelini ala bilər. Lakin qəzetin yazdığına görə, “Konyaspor” bu məbləği ödəmək fikrində deyil.

Daha öncə verdiyi müsahibədə futbolçu özü yeni mövsümdə də "Konyaspor"da oynamaq istəyini gizlətməyib.

Xatırladaq ki, M.Emreli bugünlərdə “Konyaspor”dan vidaşlaşıb. Onun karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil.

Emreli Türkiyə superliqasında 12 oyun keçirib, 2 qol vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31