9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Xarici futbol

Güləş üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Güləş üzrə Azərbaycan millisinin Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək reytinq turniri üçün heyəti açıqlanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, iyunun 1-dən 4-dək baş tutacaq yarışda yığmanın 11 idmançısı mübarizə aparacaq.
 
“Bişkek Arena”da iyunun 2-də Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) baş məşqçi Semyon Çterevin rəhbərliyi altında çıxış edəcəklər.
 
Növbəti iki gündə baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında sərbəst güləşçilər xalçaya çıxacaqlar. İyunun 3-də Maqomedxan Maqomedov (97 kq) yarışa qoşulacaq. Turnirin son günündə Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Turan Bayramov, Xadjimurad Qadjiyev, Cəbrayıl Qadjiyev (hamısı 74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmagomedov (92 kq) güləşəcəklər.
 
Görüşlər hər gün Bakı vaxtı ilə 08:30-da başlayacaq. Medallar uğrunda görüşlərə 16:00-da start veriləcək.
 
Qeyd edək ki, Bişkekdə 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31