9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Xarici futbol

Nazim Süleymanov vəzifəsindən azad edildi

Azərbaycanlı məşqçi Nazim Süleymanov Rusiyanın "Ximki" klubunun gənclərdən ibarət komandasının baş məşqçisi vəzifəsindən azad olunub.

Futbolxeber.az-ın klubun saytına istinadən  verdiyi məlumata görə, o, bundan sonra fəaliyyətini klubun U-19 komandasında davam etdirəcək. Süleymanovla yanaşı, onun köməkçisi Emin Ağayevin də U-19 komandasına qayıtması barədə qərar verilib. Əvəzedici heyətin baş məşqçisi vəzifəsinə isə tanınmış rusiyalı mütəxəssis Rinat Bilyaletddinov təyin edilib.

Qeyd ediək ki, Süleymanov daha əvvəl də U-19-da işləyirdi. Bu il fevralın 3-də millimizin sabiq kapitanı əvəzedici komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında "Ximki" gəncləri Rusiya 2-ci liqasında keçirdiyi 3 matçdan 2-də heç-heçə edib, 1-də isə uduzub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31