9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Xarici futbol

Simeone “Atletiko”nun rekordçusu oldu

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone rekorda imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, o, 613-cü dəfə Madrid klubunu baş məşqçi meydana çıxarıb. Bununla da Simeone “Atletiko”nu çalışdıran baş məşqçilər arasında rekordçu olub. Argentinalı mütəxəssisə qədərt rekord Luis Araqonesə məxsus idi. O, 612 görüşdə “Atletiko”nun baş məşqçisi olub.

Simeone üçün əlamətdar oyun La Liqanın 24-cü turunda “Sevilya” ilə matça təsadüf edib.

Qeyd edək ki, 52 yaşlı mütəxəssis 2011-ci ildən komandanı çalışdırır. O, madridlilərlə birgə 2 dəfə La Liqanı, 2 dəfə Avroliqanı, 2 dəfə UEFA Superkubokunu, 1 dəfə İspaniya kubokunu, 1 dəfə də İspaniya Superkubunu qazanıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31