9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Xarici futbol

Ten Haq: “Azarkeşlərin önündə utanıram”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 26-cı turunda “Liverpul”dan alınan 0:7 hesablı məğlubiyyəti şərh edib.

Futbolxeber.az saytının “Sky Sports”a istinadən verdiyi məlumata görə, niderlandlı mütəxəssis futbolçularını qeyri-peşəkarlıqda günahlandırıb:

“İkinci hissədə biz özümüzə oxşamırdıq. Bu, bizim səviyyəmiz deyil. Komanda təsiri bağışlamadıq. Fasilədən sonra göstərdiyimiz oyuna görə çox əsəbiyəm. Son aylarda hər kəs görürdü ki, biz qalib ruhuna malikik. Lakin bu gün meydanda başımızı itirmişdik. Futbolçular öz işlərini görmürdülər. Bu, qeyri-peşəkarlıqdı. Azarkeşlərin etimadını doğrultmadıq. Buna görə çox məyusam. Bu, ilin ən pis oyunu idi. Nəticədən dərs almalıyıq. Bu gün “Enfild”ə gələn bütün azarkeşlərə minnətdaram. Stadonu tez tərk etdikləri üçün onları qınaya bilmərəm. Azarkeşlərin önündə utanıram”.

Xatırladaq ki, bu, “Mançester Yunayted”in “Liverpul”dan aldığı ən ağır məğlubiyyətdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31