9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Xarici futbol

"Leyptsiq"in yarımmüdafiəçisi millimizlə oyunu buraxacaq

Avstriya yığmasının futbolçusu Ksaver Şlager Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə oyunu buraxacaq.

Futbolxeber.az saytının məlumatına görə, Almaniyanın "Leyptsiq" klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi Bundesliqanın 23-cü turunda Dortmund "Borussiya"sı ilə keçirilən görüşdə (1:2) zədələnib.

Almaniya mətbuatı topuğundan ciddi zədə alan futbolçunun əməliyyat olunacağını və uzun müddət meydana çıxa bilməyəcəyini yazıb. Onun hətta mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcəyi ehtimal olunur.

Qeyd edək ki, Avstriya yığması Avro-2024-ün seçmə mərhələsində martın 24-də Azərbaycan, martın 27-də isə Estoniya millisini qəbul edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31