9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Xarici futbol

“Gent”in kapitanı: “Hamımız “Qarabağ”la oyuna həvəsli və hazır olacağıq”

"Gent"in (Belçika) kapitanı Sven Kums Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la evdə keçirəcəkləri cavab matçı barədə danışıb.

Futbolxeber.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi klubun saytına açıqlamasında görüş üçün çox həvəsli oluqlarını deyib:

"Vəziyyəti dəyişmək mümkündür. Siz belə yarışlarda bunu edə bilərsiniz. Hər kəs "Qarabağ"la oyuna çox həvəsli və hazırlıqlı olacaq".

Belçikalı futbolçu bildirib ki, gərgin həftə keçirmələrinə baxmayaraq, özünü yaxşı hiss edir: "Mən özümə qulluq edirəm. Amma başqalarını deyə bilmərəm. Özümü yaxşı hiss edirəm. Heç vaxt yorulduğumu deyə bilmərəm. Nə qədər ki, gücüm var, oynamaq istəyirəm".

Qeyd edək ki, "Qarabağ" Bakıdakı oyunda "Gent"ə 1:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab görüşü fevralın 23-də Belçikada olacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31