9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Xarici futbol

“PSJ kimi komandaya qol vurmaq çox xoşdur”

“Monako”nun yarımmüdafiəçisi Aleksandr Qolovin PSJ üzərində qazandıqları 3:1 hesablı qələbədən danışıb.

Futbolxeber.az saytının məlumatına görə, rusiyalı yarımmüdafiəçi güclü rəqiblə görüşdə fərqlənməsindən razılıq edib:

“Təbii ki, PSJ kimi komandanın qapısına qol vurmaq çox xoşdur. Xüsusən də oyunun əvvəllərində. Bu, hər zaman əla özünəinam və xoş emosiyalar bəxş edir. Lakin ən əsas odur ki, biz vacib qələbə qazandıq. Düşünürəm ki, qələbəyə tam layiq idik. Həm hesabı erkən açdıq, həm də üçüncü qolu lazımi anda vurduq. Fasiləyə iki top üstünlüklə yollanmaq çox vacib idi. İkinci hissədə müdafiəyə daha çox diqqət yetirdik. Məqsədimiz turnir cədvəlində mümkün olduğu qədər irəliləməkdir. Qarşıda hələ çox oyun var. Bacardığımız qədər çox xal toplamağa çalışacağıq”.

Qeyd edək ki, “Monako”nun PSJ-nin 3:1 hesabı ilə məğlub etdiyi görüşdə hesabı 4-cü dəqiqədə Aleksandr Qolovin açıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31