9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Xarici futbol

Ronaldo "Yuventus"un əleyhinə ifadə verməyə hazırdı

TURİN KLUBU YENİDƏN CƏZALANDIRILA BİLƏR

Bir müddət əvvəl maliyyə fırıldağına görə İtaliya Federal Apellyasiya Məhkəməsi tərəfindən 15 xalı silinən "Yuventus" yenidən cəzalandırıla bilər. 

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu, Turin klubunun sabiq üzvü Kriştianu Ronaldonun verəcəyi ifadədən sonra reallaşa bilər. 

2020-ci ilin martında "Yuventus" bir neçə futbolçu ilə məvaciblərinin müəyyən müddətə azaldılması barədə razılığa gəlib. Lakin oyunçular buna bir müddət sonra qeyri-rəsmi pul alacaqları üçün razılaşıblar. Bu razılığa əsasən, Turin klubunun Ronaldoya 19,6 milyon avro borcunun olduğu deyilir. 

Bir müddət əvvəl İtaliya mətbuatında Ronaldonun məvacibi ilə bağlı sənəd dərc olunmuşdu. Həmin müqavilədə Ronaldonun adının qarşısı boş olsa da, "Yuventus"un sabiq direktoru Fabio Paratiçinin imzası var idi. 

"La Gazzetta dello Sport" iddiasına görə, daha əvvəl Turin prokurorluğuna ifadə verməkdən imtina edən Ronaldo, indi fikrini dəyişib. Portuqaliyalı futbolçu ifadəsində yayılan xəbərləri təsdiqləsə, bu zaman "Yuventus"un hesabından növbəti dəfə xal və ya yaxud xallar silinəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31