9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Xarici futbol

"Sürix"in baş məşqçisi: "Hamımız məyusuq"

“Heyət, məşqçilər, oyunçular - hamımız məyusuq. Çox şey planlaşdırmışdıq. Qələbə üçün konsentrasiya çatmadı. İlk qolu əks-hücumda buraxmamılıydıq. Bunlar baş verməməli idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri İsveçrə "Sürix"inin baş məşqçisi Franko Foda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"la 2:2 hesabı ilə heç-heçə etdikləri ev oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik. Hesab 1:1 olarkən mübarizə apardıq. Əlavə vaxtın ilk hissəsində qol buraxmaq ayıbdır" - deyə o bildirib.

Mütəxəssis qarşıda duran vəzifələr haqda isə bunları deyib: “Əlbəttə, indi komandanı ayağa qaldırmağın vaxtıdır. Yenidən canlanmalıyıq. Həftəsonuna qədər az vaxtımız var”.

Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə (3:2, 2:2) əsasən 3-cü təsnifat mərhələsinə yüksəlib. "Sürix" isə mübarizəni Avroliqada davam etdirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31