9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Xarici futbol

"Neftçi"nin rəqibi daha bir transfer həyata keçirdi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i yeni futbolçu transfer edib.

Futbolxeber.az saytının məlumatına görə, Limasson klubu slovakiyalı yarımmüdafiəçi Yulius Syokeni heyətinə qatıb. 27 yaşlı oyunçu ilə müqavilənin müddəti bəlli deyil.

Syoke ötən mövsüm İsrailin "Hapoel" (Kiryat Şmona) komandasının heyətində 14 görüşə çıxıb. O, Belarusun "Şaxtyor" (Soliqorsk) klubunda 4 il (2018 - 2021) forma geyinib, 6 qol vurub.

Daha əvvəl "Aris" İspaniya "Marbelya"sının hücumçusu Karlos Espositonu transfer edib. 18 yaşlı ispaniyalı hücumçu ilə də imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31