26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Nicat Qurbanov Gürcüstanda qolunu əsgər salamı ilə qeyd etdi

Gürcüstan yüksək liqasında 6-cı turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi “Samtrediya” səfərdə “Merani” ilə qarşılaşıb və 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Nicat da görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Qurbanov komandasının 2-ci qolunun müəllifi olub. 28 yaşlı yarımmüdafiəçi 54-cü dəqiqədə penaltidən fərqlənib. N.Qurbanov qol vurduqdan sonra Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərə görə şəhidlərin xatirəsinə ehtiram olaraq əsgər salamı verib.

Qeyd edək ki, bu, Nicatın bu mövsüm çempionatda vurduğu 3-cü qol olub.

Əlavə edək ki, 6 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30